Boko-Haramın rəhbəri öldürüldü

Nigeriyada bir çox insanın qətliamında əli olan Boko-Haram terror qruplşmasının lideri Əbu-Bəkr Şikav öldürülüb. Bu haqda məlumatı Nigeriya Müdafiə Nazirliyi yayıb. Nazirliyin sözçüsü general Kris Olukolade açıqlamasında bildirib ki, terrorbaşı ordunun hücumu zamanı ölkənin şimali-şərqində zərərsizləşdirilib. Boko-Haramın 130 döyüşçüsü isə özünü orduya təslim edib. O, həmçinin Əbu-Bəkr Şikavın əsl adının Məhəmməd Bəşir olduğunu qeyd edib.
Xatırladaq ki, Əbu-Bəkr Şikav İraqda Əbu-Bəkr Əl-Bəğdadi özünü xəlifə elan etdikdən sonra o da özünü xəlifə adlandırmışdı.

Google+ WhatsApp ok.ru