Ermənilər Moskvada bankı qarət etdi

Rusiyada bankı qarət edən ermənilərdən ibarət dəstə saxlanılıb.
 
“RosBalt”n xəbər verir ki, əsasən, bu ilin avqust ayında cinayətkarlar Rusiyanın Kaluj vilayətində yerləşən banklardan birinin ofisinə silahlı hücum təşkil ediblər.
 
Hadisə nəticəsində ermənilərdən ibarət dəstə 18 milyon rubldan çox vəsaiti ələ keçirib. 
 
Moskva və Kaluj vilayətlərinin polis idarələrinin birgə keçirdiyi əməliyyat nəticəsində cinayətkarlar saxlanılıb. Onların 36-44 yaş aralarında olduğu bildirilir.
 
Şübhəli şəxslərin evində aparılan axtarış işləri nəticəsində xaricdə istehsal olunan avtomobil, travmatik tapança, telefon və sim kartlar müsadirə olunub. 

Google+ WhatsApp ok.ru