Boko Haram qarşı Boko Halal

Kamerunda bəzi mədrəsələrdə gənclərin Boko Harama qoşulmasına mane olmaq üçün Boko Halal kampaniyası başladılıb.
 
Maide.az xəbər verir ki, ölkənin iqtisadi paytaxtı Dualada şəhərdəki məscidlərin koordinatoru Şeyx Sarbu Qərb təhsilinin halal olduğunu şüurlara yerləşdirmək üçün tapşırıqlar verib.
 
Şeyx Belam Sarbu Hz.Məhəmmədin (s) "elm Çində də olsa gedin öyrənin" hədisini söyləyərək, "Boko Haram Qərb təhsilinə qarşıdır. Hz.Məhəmməd təhsil məsələsində fərq qoymayıb, buna görə də biz təhsildən tərəfdarıyıq", - deyib.
 
Belam uşaqların Boko Harama qoşulmasının qarşısını almaq üçün birlikdə yaşamağın dəyərlərini, sülhün və təhsilin əhəmiyyətini öyrətdiyini vurğulayıb.
 
Qeyd edək ki, əsl adı Təbliğ və Cihad üçün Əhli Sünnə Camaatı olan Boko Haram, "Qərb təhsil haramdır" mənasını verir.

Google+ WhatsApp ok.ru