Bombalanacaq yerlərin siyahısı İŞİD-in əlində!

İran Amerika Birləşmiş Ştatlrının İŞİD-i dəstəklədiyinə dair əllərində dəlil olduğunu bildirir. İnqilab Keşikçiləri İmam Hüseyn Qərargahının komandir köməkçisi general Həmədani, "ABŞ bombalanacaq yerləri əvvəlcədən İŞİD-ə xəbər verir", - deyə bildirib.
 
Maide.az "Fars" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, general Hüseyn Həmədani, "ABŞ-ın İraq və Suriyada təşkil etdiyi hava əməliyyatı zamanı İŞİD terrorçuları Aşkariyə bölgəsində mühasirədə idi, ancaq amerikalılar onlara qida, sursat verdilər və bəzi imkanlar yaratdılar. Bütün bu dəlillər ABŞ-ın İŞİD-i dəstəklədiyini göstərir", - deyib.
 
Həmədani ABŞ-ın rəhbərliyi altına fəaliyyət göstərən koalisiyanın İŞİD təşkilatına qarşı həyata keçirdiyi hava əməliyyatlarında hələ bir nəfər belə terrorçunu öldürmədiyini bildirərək, "ABŞ bombalanacaq yerləri əvvəlcədən İŞİD-ə xəbər verir" söyləyib.
 
İŞİD terrorçularını "ABŞ-ın Suriya və İraqdakı piyada qüvvələri" adlandıran Həmədani, "İslam düşmənləri müsəlman gənclər və müsəlmanların pulu ilə fitnə yaradırlar", - deyə bildirir.

Google+ WhatsApp ok.ru