Britaniyalı həkimlər aksiya keçirəcəklər

Britaniyalı həkimlər növbəti ayda üçgünlük aksiya keçirməyi nəzərdə tuturlar.
 
Maide.az xəbər verir ki, britaniyalı həkimlər uzun müddətdir ki öz iş şəraitlərinə etiraz edirlər. Onlar dekabrda üçgünlük aksiya keçirməyi planlaşdırırlar.
 
Həkimlər işlərini dayandırmaqla, Britaniya səhiyyə sistemində tətbiq ediləcək yeni əmək müqavilələrinə etiraz etməyə hazırlaşırlar. Bu tətillər 1, 8 və 16 dekabra təsadüf edəcək.
 
Britaniya səhiyyə naziri bu addımı pisləyərək, deyib ki bu addım İngiltərənin səhiyyə sisteminə zərbə vuracaq. Keçən ay da minlərlə gənc britaniyalı həkim yeni əmək müqavilələrinə etiraz edərək Londonda aksiya keçirmişdilər.
 
Yeni plana görə, həkimlərin əmək haqları azaldılır və onlar iş növbəsindən əlavə işləməyə məcbur olurlar. Britaniyalı həkimlər bildiriblər ki, ölkənin Səhiyyə Nazirliyi irəli sürdüyü bu yeni planı həyata keçirərsə, onlar öz ölkələrinin səhiyyə sistemindən uzaqlaşacaqlar. /
 

Google+ WhatsApp ok.ru