Parisdə partlayışlar və atışma nəticəsində azı 150 nəfər ölüb -VİDEO-FOTO

Parisdə baş verən atışma və partlayışlar nəticəsində ölənlərin sayı 152 nəfərə çatıb.
 
 
Maide.az beynəlxalq KİV-lərə istinadən məlumat verir ki,  Parisin “Blaklan” teatrında girovların azad edilməsi üçün keçirilən əməliyyatda 112 nəfər ölüb.200-dən çox insan isə yaralanıb. 
 
Təqribən 40 nəfər Parisin digər yerlərində ölüblər.
 
 Parisin “Bataklan” teatrında girovların azad edilməsi əməliyyatında 3 terrorçu məhv edilib.
 
Terror aktları ümumilikdə Parisin 7 bölgəsində törədilib. Son məlumatlara əsasən, terror aktlarına görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.
 
 
Parisin Stade de France stadionu yaxınlığında Fransa-Almaniya yoldaşlıq matçı zamanı bir neçə partlayış baş verib.
 
Prezident Fransua Ollandın da stadionda canlı izlədiyi Fransa–Almaniya dostluq görüşü zamanı stadionun kənarında partlayışlar eşidilib. Dövlət başçısı stadiondan çıxararaq birbaşa Daxili İşlər Nazirliyinə gedib.
Qeyd edək ki, Fransanın paytaxtında fövqəladə vəziyyətin elan olunub, şəhərə ordu yeridilib, əhalidən evlərdən çölə çıxmamaq tələb olunub. Ikinci dünya müharibəsindən sonra bu ilk dəfədir ki, Fransada fövqəladə vəziyyətin elan olunur.  /
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru