Zamanın Yezidinə meydan oxuyan Şeyx Nimrin edam qərarına etiraz - FOTO

Maide.az xəbər verir ki, Səudiyyə Ərəbistanının tanınmış şiə alimlərindən olan Ayətullah Şeyx Nimr haqqında verilən edam hökmü Səudiyyə Ərəbistanı Kassasiya Məhkəməsi tərəfindən təsdiq olunub.
 
Səudiyyə Ərəbistanının Qətif şəhərinin əhalisi bəyanat yayaraq, edam qərarının icra edilməsinin rejimin Şərq bölgəsi xalqına qarşı müharibə qərarı vermək mənasın daşıdığını qeyd edib. Eyni zamanda ötən gecə Qətif əhalisi Şeyx Nimrlə bağlı çıxarılan qərara etiraz olaraq etiraz aksiyası keçirib.
 
Xatırladaq ki, Şeyx Nimrin ilk həbs olunması 2006-cı ilə təsadüf edir. Səudiyyə Ərəbistanı təhlükəsizlik gücləri Bəhreyndən qayıdarkən və Qurani-Kərimlə bağlı beynəlxalq konfransa qatılmasına görə həbs etmişdilər.
 
Şeyx Nimrin ittihamında, "Səudiyyə Ərəbistan rəhbərliyindən Bəqi qəbiristanlığının vəziyyətinin düzəldilməsi, şiə məzhəbinin rəsmi tanınması və faktiki olaraq Ərəbistanda hakim olan (vəhhabi) təhsil və tədris üsullarının dəyişdirilməsini tələb etdiyi" söylənilir. 
 
Şeyx Nimrin ikinci həbsi 23 avqust 2008-ci ildə, sonuncu dəfə isə 2012-ci ildə olub.
 
 
 
 
 

Google+ WhatsApp ok.ru