Britaniyanın Guardian qəzeti:  ‘Məscidlrin dağıdılması: Uyğur müsəlmanlarının mədəniyyətini məhv etmək üçün  sonuncu yol’

Britaniyanın Guardian qəzeti: ‘Məscidlrin dağıdılması: Uyğur müsəlmanlarının mədəniyyətini məhv etmək üçün sonuncu yol’

Britaniyanın Guardian qəzeti   “Məscidlrin dağıdılması: Uyğur müsəlmanlarının mədəniyyətini məhv etmək üçün  sonuncu yol” başlıqlı yazı dərc edib. 
 
Maide.Az xəbər verir ki, Qəzet Çin hökumətini “dağıdıcı dövlət” adlandıraraq qeyd edib ki,  2017-ci ildə  800 məsciddən 200-dən çoxu, 2018-ci ildə isə daha 500 məscid dağıdılıb. 
 
Məscidlərin əksəriyyəti bir gecədə və heç bir xəbərdarlıq edilmədən dağıdılıb. 
 
Məqalədə yazılıb ki, Çin hökumətinin yeganə hədəfə aldığı məscdilər deyil. Həmçinin böyük şəhərlərdə müsəlmanlara aid  və memarlıq abidələri də dağıdılır. “Sinkiang əyalətində tarixi binaların dağıdılmasından başqa,  müsəlmanların məskunlaşdığı  şəhərlər, onların mədəniyəti, dini fəaliyyətləri də qadağan olunub.  İnsanlar müxtəlif vasitələrlə yoxlanılır, hökumət əhaliyə bir çox qadağalar tətbiq edib. İnsanlar “ifratçılıq” ittihamı ilə xüsusi hazırlanmış düşərgələrə göndərilir.” deyə məqalədə qeyd olunub.
 
Qeyd edək ki, Çində  40 milyona yaxın müsəlman yaşayır.  Son illər Çin hökuməti müsəlmanlara qarşı sərt  qadağalar tətbiq edir və onları sürgün edir.

Google+ WhatsApp ok.ru