Bütün cəbhə boyu atəşkəs pozulub 03 Dekabr 2015 02:00 Qarabağ xəbərləri Maide.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 92 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan, Dovex kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım, Kəmərli kəndlərində, Berd rayonunun Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam və Koxanəbi kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub. Goranboy rayonunun Talış, Ağdam rayonunun Şıxlar, Cəvahirli, Kəngərli, Sarıcalı, Novruzlu, Nəmirli, Şuraabad, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 95 dəfə atəş zərbəsi endirib. Teqlər : #Bütün cəbhə boyu atəşkəs pozulub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycan Ordusunun şəhid olan əsgəri Tovuzda dəfn olunub Azərbaycan ordusunun hərbi qulluqçusu şəhid olub
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni