Buddistlər Şri- Lankada daha bir məscidə hücum edib – Foto

Buddistlər Şri- Lankada daha bir məscidə hücum edib – Foto

-- Diqana bölgəsində

Şri- Lankada bir qrup radikal buddist Diqana bölgəsində məscidlərdən birinə hücum edib, məscidi yandırıb. 
 
Maide.Az “İQNA”-a istinadən xəbər verir ki, Şri- Lanka polisi elan edib ki, Diqana regionunda irqçilik zəminində baş vemriş münaqişələr artdıqdan sonra bir neçə gün öncə bir qrup radikal buddist əyalətdə yerləşəən məscidlərdən birinə hücum edib.  
 
İfratçı buddistlər məscidi  yandırıb, qapı və pəncərələrini sındırıb və məscidin içərisindəki  əşyaları dağıdıblar.
 
Qeyd edək ki, bir müddət öncədə Şri-Lankada ifratçı buddistlər müsəlmanların yaşadığı Ampura şəhərində  “Jummah” məscidinə hücum etmişdi. 
 
Ötən ildən başlayaraq Şri Lankada müsəlmanlara qarşı hücumların sayı artıb.   İfratçı buddistlər indiyədək müsəlmanlara məxsus 200-dən artıq mənzil və ticarət obyektini dağıdıb,  11 məscidə hücumlar təşkil edərək məscidlərə ziyan verib. 
 
Şri Lankanın 21 milyon əhalisi var ki, müsəlmanların sayı əhalinin sayının 9 faizini , buddistlər 70 faizini,  Hindular isə  13 faizini təşkil edir. 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru