Misir hökumətindən Fələstin xalqına xəyanət

Fələstinli müqavimət qruplarının hərbi qanadları bu gün günortan saatlarında mətbuat açıqlaması yayaraq, Misir Məhkəməsinin Qəssamı terror təşkilatı elan edən qərarını pisləyib.
 
Maide.az-ın məlumatına görə, "Misir xalqı hələ bir neçə ay əvvəl Qəssamın və Fələstin müqavimətinin sionistlərlə savaşaraq, ümməti və ərəbləri necə təltif etdiyini çox yaxşı bilir", - deyilən açıqlamada Misir Məhkəməsinin qərarının Misir xalqının vicdanında və zehnində yer almadığına diqqət çəkilib.
 
Bəyanatda Qəssamı terror təşkilatı elan edən haqsız qərarın müqavimətin kürəyinə vurulmuş bir xəncər olduğu bildirilib və Misir Məhkəməsinə "sionist terrora dəstək vermə" çağırışı edilib.
 
Qeyd edək ki, Qəssam Briqadaları Fələstin MÜqavimət Təşkilatının silahlı qanadıdır və illərdir sionist rejim qarşısında dik dayanıb.

Google+ WhatsApp ok.ru