Bu gün Azərbaycanda müəllimlər imtahan verəcək

Bu gün ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə elektron ərizəsi qəbul olmuş namizədlər test imtahanında iştirak edəcəklər.
 
Təhsil Nazirliyindən Maide.az-a verilən məlumata görə, bu gün elektron ərizəsi qəbul olunmuş namizədlər Azərbaycan Dövlət İqtisad Universitetinin 2-ci tədris binasında (ünvan: Bakı şəhəri, Həsən Əliyev küçəsi 135 - metronun "Gənclik" stansiyasının, Azərbaycan Müəllimlər İnstitutunun yaxınlığında) test imtahanında iştirak edirlər.
 
İmtahanda iştirak edərək yerdəyişmək hüququ qazanmış müəllimlər üçün 17 iyun 2015-ci il tarixdə eyni ünvanda müsahibələr təşkil ediləcək. Yerdəyişmə üzrə müsabiqə yekunlaşdıqdan sonra yenidən müəyyənləşdirilmiş vakant yerlərə müəllimlərin işə qəbulu üzrə elektron ərizə qəbulu 1-15 iyul 2015-ci il tarixlərində aparılacaq.

Google+ WhatsApp ok.ru