Bu gün Azərbaycan İslam Partiyası Məbəs bayramı münasibətilə tədbir keçirib - FOTO-VİDEO

Bu gün Azərbaycan İslam Partiyası Məbəs bayramı münasibətilə "Bəşəriyyətin nicatı - Məbəs" adlı elmi-praktik konfrans keçirilib. 
 
Maide.Az-ın xüsusi müxbirinin tədbirdən verdiyi məlumata görə, elmi-praktiki konfrans Quran tilavəti ilə açıq elan edilib, daha sonra ölkə himni səsləndirilib.
 
Tədbirin davamında AİP sədri Hacı Mövsüm Səmədovun bayram təbriki konfrans iştirakçılarına çatdırılıb. Partiyanın sədr əvəzi İlham Əliyev elmi - praktik konfrans iştirakçılarını salamlayaraq, tədbirdə iştirak etdikləri üçün qonaqlara öz təşəkkürünü bildirib.
Tədbirdə bir çox ictimai, siyasi xadimlər, ziyalılar və ruhanilər iştirak ediblər.
Bayram tədbirində ruhani Sərdar Hacıhəsənli xüsusi olaraq çıxış edib və sonuncu İslam Peyğəmbərin bəşəriyyət üçün verdiyi tövhələr və misyasından danışıb.
 
Sonradan bayram təbriklərinə qoşulmaq üçün söz ruhani Hacı Əli Behiştiyə  və  DEVAMM sədri Hacı İlqar İbrahimoğluna verilib. Onlar da öz növbələrində tədbir iştirakçılarına təbriklərini çatdırıblar.
 
Sonda tədbirdə ilahi mahnılar səslənib bə iştirakçılara şirniyyatlar paylanıb.
 
 
 
 
 
 
 
 
 
 
   
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru