Bu gün Həzrət Rüqəyyənin (s.ə) doğum günüdür...

Bu gün Həzrət Rüqəyyənin (s.ə) doğum günüdür...

Şəban ayının 23-ü (yəni Aprel ayının 29-u) İmam Hüseynin üçyaşlı qızı Həzrət Rüqəyyənin doğum gündür. Elə bu münasibətlə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və Allah-Taaladan istəyirik ki, bizi dünya və axirətdə Peyğəmbər (s) və Əhli-beytindən (ə) ayrı salmasın.

Tarix və hədis mənbələrində Həzrət Rüqəyyənin (s.ə) doğum günü ilə bağlı dəqiq məlumat verilmir. Əlbəttə, bu məsələ, yalnız Həzrət Rüqəyyəyə (s.ə) məxsus deyil. O dönəmdə doğum günləri günümüzdəki kimi dəqiq şəkildə qeydə alınmadığından, tarixin bir çox şəxsiyyətlərinin, hətta məsumlarımızın (ə) belə doğum günləri barəsində bir çox ixtilaf və fikirayrılıqları ilə rastlaşırıq. Bu məsələni nəzərə alaraq, Həzrət Rüqəyyə (s.ə) kimi mənəvi şəxsiyyətin əziz xatirəsinin ilin müəyyən bir günündə həmahəng şəkildə yad edilməsi məqsədəuyğundur. O həzrətin doğum günü ilə bağlı daha çox iki versiya (Şəban ayının 17-i və 23-ü) qeyd olunsa da, son bir neçə ildə Şəban ayının 23-ü o həzrətin doğum günü kimi qeyd edilir.

Qeyd etmək lazımdır ki, İmam Hüseynin (ə) kiçik qızı Həzrət Rüqəyyənin (s.ə) anasının adı Ümmü-İshaqdır. O, 59-cu hicri-qəməri ilində Mədinə şəhərində dünyaya gəlmiş və 61-ci h.q ilində atası ilə birlikdə Kərbəlaya səfər etmiş, elə həmin ilin Səfər ayının 5-də, Şam şəhərində əsirlikdə ikən şəhadətə yetmişdir. Onun Dəməşq şəhərindəki müqəddəs məqbərəsi şiələrin ziyarətgahına çevrilmişdir. Allah-Taala o həzrətin ziyarətini hamımıza nəsib etsin. Amin.

Maide.az

Google+ WhatsApp ok.ru