Bu il 164 mindən çox uşaq I sinfə gedəcək 12 İyun 2017 01:00 Elm, Təhsil İyunun 14-də orta məktəblərdə “Son zəng” çalınacaq. Təhsi Nazirliyindən Modern.az-a verilən məlumata görə, nə qədər şagirdin məktəbi bitirməsi və məktəbə daxil olacağı bəlli olub. Belə ki, 2016-2017-ci tədris ilinin sonuna olan proqnoz üzrə respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 110 638 nəfər, XI siniflərini 84 088 nəfər, qiyabi (axşam) ümumtəhsil məktəblərini isə 723 nəfər şagirdin bitirəcəyi gözlənilir. 2017-2018-ci tədris ilinin əvvəlinə 164 945 nəfərin I siniflərə qəbulu gözlənilir. Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların da səviyyəsi bəlli olub. Bildirilir ki, hazırda ölkədə 5 yaşlı uşaqların məktəbəqədər təhsillə əhatə səviyyəsi üzrə göstərici 55 faizdir. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda 2020-ci ilədək uşaqların məktəbəhazırlıqla əhatəsinin 90 faizə çatdırılması strateji hədəf kimi irəli sürülüb. / Teqlər : #Bu il 164 mindən çox uşaq I sinfə gedəcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sınaq imtahanında istifadə edilmiş test tapşırıqlarının doğru cavabları açıqlanıb Bu gün “Son zəng”dir