Sabah Moskvada İran, Rusiya və Türkiyə MN rəhbərləri görüşəcək

Sabah Moskvada İran, Rusiya və Türkiyə MN rəhbərləri görüşəcək

Sabah Moskvada İran, Rusiya və Türkiyənin müdafiə nazirləri Suriya mövzusunu araşdırmaq məqsədilə görüşəcəklər.
 
Maide.Az xəbər verir ki, İran və Rusiyanın müdafiə nazirlərinin Suriyada son durum və Hələbdəki vəziyyət barədə şənbə günü baş tutan telefon danışıqlarının ardınca İranın müdafiə naziri general-mayor Hüseyn Dehqan, Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Türkiyənin müdafiə naziri Fikri İşıkın iştirakı ilə Moskvada üçtərəfli iclas keçiriləcək. 
 
Bu iclasda Suriyadakı son durum, xüsusilə Hələb şəhərindəki vəziyyət müzakirə ediləcək. 
 
Terrorçuların Hələbin şərqində məğlubiyyətə uğramalarından sonra, Suriya, İran və Rusiyanın birgə səyləri nəticəsində, bu şəhər sakinlərinə humanitar yardımların göstərilməsi eləcə də, Suriya hadisələrinin gedişatı barədə müzakirələrin davam etdirilməsi bu üç ölkənin gündəmində durur. 
 
2012-ci ildən terrorçu qrupların nəzarətində olan Suriyanın şimalında Hələbin şərq bölgələri son günlərdə Suriya ordusu və müqavimət qüvvələri tərəfindən azad edildi. (irib)

 

Google+ WhatsApp ok.ru