Cəlilabadda orta məktəbdə intihara cəhd olub

Cəlilabad şəhərində intihara cəhd hadisəsi baş verib.
 
APA-nın cənub bürosunun məlumatına görə, hadisə fevralın 25-də Cəlilabad şəhər 7 saylı orta məktəbdə qeydə alınıb.
 
Məktəbin 7-ci sinif şagirdi, 13 yaşlı Ə.Ə. özünü məktəbin 3-cü mərtəbəsindən atıb.
 
Qız müəllimləri tərəfindən dərhal Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
 
Hazırda vəziyyətin orta-ağır olduğu bildirilir.
 
İntihara cəhdin səbəbləri hələlik məlum deyil, faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.

Google+ WhatsApp ok.ru