Sabunçu rayonunda zəncirvarı qəza baş verib

Sabunçu qəsəbəsinin ərazisində naməlum avtomobillə Bakı şəhər sakini Hüseynağa Umudov vurulub. Nəticədə piyada hadisə yerində ölüb.
 
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Maide.az-a bildiriblər ki, hadisə baş verərkən eyni istiqamətdə hərəkətdə olan 4 avtomobil sürətini azaltdığından arxadan gələn, Bakı şəhər sakini Əlixan Şirəliyev idarə etdiyi, 160 saylı xətt üzrə hərəkət edən “Daewoo” markalı avtobus onları vurub. Avtomobillərdə olan 9 nəfərə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
 
Hadisəni törətmiş “Ford” markalı avtomobilin sürücüsü - Bakı şəhər sakini Fərhad Fərzəliyev DİN-in Təhlükəsiz Şəhər Xidməti və Sabunçu Rayon Polis İdarəsinin 12-ci bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.
 
Faktla bağlı cinayət işi açılıb, Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Google+ WhatsApp ok.ru