Cəbhədə vəziyyət gərginləşib, erməni silahlı bölmələri atəşkəsi 128 dəfə pozub 30 Yanvar 2016 02:00 Qarabağ xəbərləri Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 128 dəfə pozub. Maide.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Ermənistan Respublikası İcevan rayonunun Berkaber, Noyemberyan rayonunun Voskevan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı, Fərəhli kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Goranboy rayonunun Talış, Gülüstan, Tərtər rayonunun Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Şıxlar, Novruzlu, Cəvahirli, Kəngərli, Sarıcalı, Şuraabad, Yusifcanlı, Qaraqaşlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 128 dəfə atəş zərbəsi endirib. Teqlər : #Cəbhədə vəziyyət gərginləşib,#erməni silahlı bölmələri atəşkəsi 128 dəfə pozub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Erməni silahlı bölmələri pulemyotlardan da istifadə etməklə atəşkəsi 116 dəfə pozub Rusiya Müdafiə Nazirliyinin televiziyası Azərbaycana qarşı təxribata yol verib
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni