Cəbhədəki gərginlik nəticəsində tədris dayandırılan məktəblərin adları açıqlanıb - SİYAHI 05 Aprel 2016 01:00 Elm, Təhsil Ermənistan Silahlı Qüvvələrinin təmas xəttində yaratdığı təxribat nəticəsində cəbhə boyu bölgələrdə yaranan gərginlik nəticəsində tədris dayandırılan məktəblərin adları açıqlanıb. Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorundan "Report"un sorğusuna cavab olaraq bildirilib ki, Goranboy rayonunun Tap, Tapqaraqoyunlu, Yuxarı Ağcakənd, Aşağı Ağcakənd, Yenikənd, Şəfəq, Qaraçinar, Zeyvə, Qaraqucaq kənd məktəblərində, Xocalı şəhər 4 nömrəli, 5 nömrəli, Cəmilli və Meşəli kənd məktəblərində, Kəlbəcər rayon 34, 36, 54, 64, 68, 83, 127, 50, 60, 63, 91, 93, 100, 103 və 128 nömrəli məktəblərində təhlükəsizlik məqsədilə tədris müvəqqəti dayandırılıb: "Təmas xəttinə yaxın olan digər məktəblərdə də şagirdlərin dərsə davamiyyəti zəifləyib". Teqlər : #Cəbhədəki gərginlik nəticəsində tədris dayandırılan məktəblərin adları açıqlanıb SİYAHI, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Təhsil naziri: `Ermənilərin atəşə tutduğu bəzi məktəblərdə dərslər dayandırılıb` Gec-tez öz təhsil modelimizi yaratmalıyıq