Cəbhədə son durum 03 May 2016 01:00 Qarabağ xəbərləri Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan istifadə etməklə, sutka ərzində atəşkəsi 116 dəfə pozublar. Məlumatda qeyd edilir ki, Ermənistanın İcevan rayonunun Paravakar, Berkaber kəndlərindən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Qızılhacılı kəndləri atəşə tutulub. Habelə, Berd rayonunun Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Əlibəyli, Ağbulaq kəndlərinin vurulduğu açıqlanır. Nazirliyin bildirməsinə görə, Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Kəngərli, Novruzlu, Mərzili, Qaraqaşlı, Yusifcanlı, Sarıcalı və Nəmirli kəndləri də atəş altında qalıb. Bundan başqa, Xocavənd, Füzuli, Cəbrayıl, Göygöl və Goranboy rayonlarının da bəzi məntəqələrinin atəşə tutulduğu qeyd edilir. Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Silahlı Qüvvələri də qarşı tərəfə atəş zərbələri endirib. Teqlər : #Cəbhədə son durum, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Cəbhədə son durum Ermənilər Talışı boşaltdı
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni