CƏHƏNNƏMƏ GEDƏNLƏR-1

CƏHƏNNƏMƏ GEDƏNLƏR-1

Qurani-Kərimə əsasən, cəhənnəmə gedən şəxslərin siyahısı aşağıdakılardan ibarətdir:

1. İlahi ayələri təkzib edənlər. “Bəqərə” surəsinin 10-cu ayəsində buyurulur:

فِي قُلُوبِهِم مَّرَضٌ فَزَادَهُمُ اللّهُ مَرَضاً وَلَهُم عَذَابٌ أَلِيمٌ بِمَا كَانُوا يَكْذِبُونَ

“Onların qəlbində mərəz  var. Allah onların (şəkk, kin və nifaq...) mərəzini daha da artırar. Yalan dedikləri üçün onlar şiddətli bir əzaba düçar olacaqlar.”

2. Axirəti dünyaya satanlar. “Bəqərə” surəsinin 86-cı ayəsində buyurulur:

أُولَـئِكَ الَّذِينَ اشْتَرَوُاْ الْحَيَاةَ الدُّنْيَا بِالآَخِرَةِ فَلاَ يُخَفَّفُ عَنْهُمُ الْعَذَابُ وَلاَ هُمْ يُنصَرُونَ

“Onlar axirəti dünya həyatına satan kimsələrdir. Buna görə də, onların nə əzabı yüngülləşər, nə də onlara kömək olunar.”

3. Kafirlər. “Bəqərə” surəsinin 90-cı ayəsində buyurulur:

...وَلِلْكَافِرِينَ عَذَابٌ مُّهِينٌ

“...Kafirləri zəliledici əzab gözləyir!”

(Bax: “Ali-İmran” surəsi, 12-ci ayə; “Tövbə” surəsi, 3-cü ayə.)

4. Təkəbbür və lovğalıq edərək günaha batanlar. “Bəqərə” surəsinin 206-cı ayəsində buyurulur:

وَإِذَا قِيلَ لَهُ اتَّقِ اللّهَ أَخَذَتْهُ الْعِزَّةُ بِالإِثْمِ فَحَسْبُهُ جَهَنَّمُ وَلَبِئْسَ الْمِهَادُ

“Ona: “Allahdan qorx!” – deyildiyi zaman lovğalıq onu günah törətməyə vadar edər. Beləsinə cəhənnəm kifayətdir. Ora nə pis məskəndir!”

5. Mürtədlər. “Bəqərə” surəsinin 217-ci ayəsində buyurulur:

...وَلاَ يَزَالُونَ يُقَاتِلُونَكُمْ حَتَّىَ يَرُدُّوكُمْ عَن دِينِكُمْ إِنِ اسْتَطَاعُواْ وَمَن يَرْتَدِدْ مِنكُمْ عَن دِينِهِ فَيَمُتْ وَهُوَ كَافِرٌ فَأُوْلَـئِكَ حَبِطَتْ أَعْمَالُهُمْ فِي الدُّنْيَا وَالآخِرَةِ وَأُوْلَـئِكَ أَصْحَابُ النَّارِ هُمْ فِيهَا خَالِدُونَ

“...(Ey möminlər!) Onlar (Məkkə müşrikləri) əgər bacarsalar, sizi dininizdən döndərincəyə qədər sizinlə vuruşmaqda davam edəcəklər. Sizdən hər kəs öz dinindən dönüb kafir olaraq ölərsə, belə kimsələrin bütün əməlləri (vaxtilə gördüyü yaxşı işləri) dünya və axirətdə heçə gedər. Onlar cəhənnəmlikdirlər və orada əbədi qalacaqlar!”

6. Sələmçilər. “Bəqərə” surəsinin 275-ci ayəsində buyurulur:

الَّذِينَ يَأْكُلُونَ الرِّبَا لاَ يَقُومُونَ إِلاَّ كَمَا يَقُومُ الَّذِي يَتَخَبَّطُهُ الشَّيْطَانُ مِنَ الْمَسِّ ذَلِكَ بِأَنَّهُمْ قَالُواْ إِنَّمَا الْبَيْعُ مِثْلُ الرِّبَا وَأَحَلَّ اللّهُ الْبَيْعَ وَحَرَّمَ الرِّبَا فَمَن جَاءهُ مَوْعِظَةٌ مِّن رَّبِّهِ فَانتَهَىَ فَلَهُ مَا سَلَفَ وَأَمْرُهُ إِلَى اللّهِ وَمَنْ عَادَ فَأُوْلَـئِكَ أَصْحَابُ النَّارِ هُمْ فِيهَا خَالِدُونَ

“Riba (sələm, faiz) yeyənlər (qiyamət günü) qəbirlərindən ancaq şeytan toxunmuş (cin vurmuş dəli) kimi qalxarlar. Bunların belə olmaları: “Alış-veriş də sələm kimi bir şeydir!” – dedikləri üzündəndir. Halbuki Allah alış-verişi halal, riba (sələm, faiz) almağı isə haram etmişdir. İndi hər kəs Rəbbi tərəfindən gələn nəsihəti qəbul etməklə (bu işə) son qoyarsa, keçmişdə aldığı (sələmlər) onundur (ona bağışlanar). Onun işi Allaha aiddir. Amma (yenidən sələmçiliyə) qayıdanlar cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar!”

 

Ardı var...

Rza Şükürlü (Maide.az)

Google+ WhatsApp ok.ru