Cəbhədə ağır döyüşlər davam edir 24 Oktyabr 2020 08:28 Qarabağ xəbərləri Oktyabrın 23-ü gün ərzində və 24-nə keçən gecə cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Hadrut və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub. Bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb. Məlumata görə, Azərbaycan Ordusunun bölmələri əməliyyat planına uyğun cəbhənin müəyyən edilmiş istiqamətlərində döyüş fəaliyyətlərini davam etdirib. Cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində mütəşəkkil müqavimət göstərə bilməyən Ermənistan silahlı qüvvələri bölmələrinə atəşlə ciddi ziyan vurulub. Düşmənin silah və sursat, yanacaq ehtiyatları anbarları sıradan çıxarılıb. Bəzi istiqamətlərdə düşmən nizamsız qaydada mövqeləri tərk edərək geri çəkilib. Əhəmiyyətli kommunikasiya xətləri nəzarətə götürülüb, düşmənin bir neçə dayaq məntəqəsi dağıdılıb və vacib yüksəkliklər azad edilib. Qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir. Teqlər : #Ağdərə,#Xocavənd,#Füzuli,#Hadrut,#Qubadlı,#döyüş əməliyyatları,# , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Qubadlı, Xocavənd, Cəbrayıl və Zəngilan rayonunun bu kəndləri işğaldan azad edilib MN: Düşmən Goranboy-Naftalan istiqamətindəki ərazilərimizi atəşə tutur
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni