Cavad Zərif: “Heç kim İranı təhdit etməyə cəhd göstərməsin”

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Avropa Birliyinin xarici siyasət üzrə yüksək təmsilçisi Federika Moqeriniyə sərt cavab verib.
Maide.az xəbər verir ki, İranın nüvə zənginləşdirilməsi məsələsi ilə bağlı 3 gün 5+1 ölkələri ilə keçirilən görüşmənin yeni təfərrüatları ortaya çıxıb.
Belə ki, gərgin şəraitdə keçən görüşmədə ABŞ-ın müzakirə heyəti İranın rket gücünün bölgə üçün təhdid olduğunu söyləyincə Cavad Zərif sərt cavab verib. O deyib ki, bölgədəki problemlər ABŞ-ın səhv siyasətinin nəticələridir:
“Qərb dünyasının terrorçulara verdiyi silah dəstəyi bölgəni çıxılmaz problemlərə düçar edib. Bundan başqa, siz bizim roket gücümüzü təyin etmək iqtidarında deyilsiniz”, - deyə ABŞ heyətinə sərt cavab verib.
C.Zərifin bu cavabından sonra Federika Moqerini araya girib və İran heyətini müzakirə masasından qalxmaqla təhdid edib. Cavad Zərifin növbəti cavabı isə daha sərt olub:
“Qətiyyən bir iranlını təhdid etməyə çalışmayın”.
Onun bu cavabından sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Zərifin sözlərinə əlavə belə əlavə edib:
“Bir rusu da təhdid etməyə çalışmayın”./

Google+ WhatsApp ok.ru