Cümə günü Qəzza yenə matəmə qərq olub, İsrail əhalini gülləbaran edib, 3 nəfər ölüb - FOTO 22 Dekabr 2018 10:43 Fələstin Dünən Qəzza zolağında İsrailin işğalçılıq siyasətinə və blokadaya qarşı növbəti etiraz nümayişi keçirilib. Qəzzanın ayırıcı çəpərinin qarşı tərəfində mövqe tutmuş işğalçı rejim qüvvələrinin açdığı atəş və gözyaşardıcı qaz qumbaraları nəticəsində 3 nümayişçi həlak olub, yüzdən çox insan yaralanıb. Maide.Az "felestin.info"a istinadən xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb. Nazirlik rəsmisi Əşrəf Qidra həlak olanların şəxsiyyətini aşağıdakı kimi açıqlayıb: - 40 yaşlı Mahir Ətiyyə Yasin. Qəzzanın Nüseyrət qaçqın düşərgəsindən olan Mahir əl-Bureyc qaçqın qəsəbəsi yaxınlığında güllələnərək həlak olub. O, fiziki qüsurlu olub. - Həlak olan ikinci şəxs 28 yaşlı Əbdüləzim İbrahim Əbu Şəriədir. Qəzzanın Səbra məntəqəsindən olan İbrahim qarın nahiyəsindən güllələnib. - İsrailli snayeperin boyun nahiyəsindən güllələyərək qətlə yetirdiyi üçüncü şəxs 16 yaşlı yeniyetmə Məhəmməd Muin əl-Cəhcuhdur. Fələstin İnsan Hüquqları Mərkəzinin məlumatına görə, İsrail qüvvələrinin gülləbaranında 115 mülki şəxs də yaralanıb. Onların arasında 21 uşaq, 2 qadın, 2 jurnalist və 3 tibb işçisi var. Bildirək ki, bu il martın 30-dan başlamış Böyük Qayıdış yürüşləri zamanı işğalçı İsrail rejim qüvvələri 239 fələstinlini qətlə yetirib, onların 44-ü uşaq, 5-i qadındır. Ümumilikdə 25 700 nəfər isə yaralanıb. Teqlər : #Cümə,#günü,#Qəzza,#yenə,#matəmə,#qərq,#olub,#İsrail,#əhalini,#gülləbaran,#edib,#nəfər,#ölüb,#FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İƏT Fələstin üçün humanitar yardım fondu təsis edəcək İsrail qüvvələri Fələstinin kənd təsərrüfatı nazirini oğurlayıb
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar