HƏMAS: Mübarizəmiz İsrailə qarşıdır

Həmas Siyasi Bürosunun sədr müavini İsmayıl Haniyyə Misirdə Həmasın terror təşkilatı olaraq qəbul edilməsi istiqamətindəki qərarından sonra Fələstin xalqının müdafiəsi və bəzi ölkələrdə hərəkatın "terror təşkilatı" kimi dəyərləndirilməsinə qarşı sosial mediada açılan İngilicə #askhamas haştaqıyla bir çox ölkədən gələn sualları cavablandırıb.
 
Maide.az xəbər verir ki, təxminən 3 saat davam edən tədbir zamanı yayımlanan qısa bir videoda Haniyyə, "Həmas Fələstin torpaqlarını azad etmək məqsədilə yaradılmış Fələstin müqavimət hərəkatıdır. Mübarizəsi də yalnız işğalçı İsrailə qarşı olacaq", - deyib.
 
Həmasın vətənin xilası və fələstinlilərin hüquqlarını zəmanət altına alacaq ədalətli sülhə qarşı olmadığını dilə gətirən Haniyyə, "Qərb daxil olmaqla bütün xalqlarla təmasdayıq. Biz ifrat deyil, sülhməramlı İslama inanan bir hərəkarıq" söyləyib.
 
Həmasın Qəzzaya dəniz və hava limanı inşası qarşılığında 5 il atəşkəsi qəbul etməsi sualına dair Haniyyə, "Bəzi beynəlxalq tərəflər belə bir şeyi təklif edib, Həmas kimi hələ buna cavab vermədik, ancaq bu təklifi qəbul edirik", - deyə danışıb.
 
Misirin "Həması terror təşkilatı qəbul etməsi" sualına isə Haniyyə, bu qərarın Həmas ilə Misir münasibətlərinə təsir etməyəcəyini bildirərək, hərəkatın bütün İslam və ərəb ölkələri ilə yaxşı əlaqələr qurduğunu qeyd edib.

Google+ WhatsApp ok.ru