İŞİD-ə Ramadidə ağır zərbə vuruldu

İraq ordusu Ramadidə İŞİD terrorçularına ağır zərbə vurub.
Maide.az xəbər verir ki, İraq ordusu və könüllülərin İŞİD-ə qarşı daha bir uğurlu əməliyyatı baş tutub.
Keçirilən əməliyyat nəticəsində Ramadi şəhərində bir neçə məntəqə, o cümlədən əl-Cəzirə terrorçulardan təmzilənib.
Məlumata görə, əməliyyatlar zamanı 55 terrorçu öldürülüb, onlarla terorist isə yaralanıb. Sağ qalanlar yaralıları döyüş meydanında qoyaraq qaçıblar.
Bundan başqa, əl-Ənbar vilayətinin şərqində yerləşən Qaim şəhərində İŞİD terrorçularının mövqelərini havadan bombalanıb.
Hücum nəticəsində 40 terrorçu öldürülüb./

Google+ WhatsApp ok.ru