İsrail rejimi Fələstin parlamentinin spikerini azad edib

İsrail rejimi ötən gün bir il həbsdə keçirmiş Fələstin parlamentinin spikeri, “HƏMAS” hərəkatının liderlərindən biri olan Abdel Əziz Dueyki azad edib.
 
Maide.az xəbər verir ki, bu barədə Fələstin Qanunverici Şurasının mətbuat xidmətinin məlumatında bildirilir.   
 
Abdel Əziz Dueyk onlarla silahdaşı ilə birlikdə sionist hərbçilərinin ötən yay itkin düşən üç israilli yeniyetmənin axtarışları çərçivəsində İordan çayının Qərb sahilində keçirdiyi irimiqyaslı əməliyyat zamanı həbs edilmişdi.    
 
“Abdel Əziz Dueykin azadlığa çıxması Fələstin ədalətinin qələbəsidir. Həbsdə olan bütün parlamentarilərin azad edilməsinə nail olmaq lazımdır”, deyə məlumatda bildirilir.  Fələstin parlamentinin 130 deputatından 11-i hələ də İsrail rejiminin həbsxanalarında saxlanılır.  

Google+ WhatsApp ok.ru