İŞİD-in Tikritdən qaçması üçün gizli tunellər açılıb

İraq təhlükəsizlik qüvvələri ölkənin Səlahəddin vilayətinin Tikrit şəhərində İŞİD terrorçularının gizli tunellərini aşkarlayıblar.
 
Maide.az xəbər verir ki, İraqın "əl-Rəy" xəbər portalı Səlahəddində təhlükəsizlik rəsmisinə istinadla ordu və könüllü xalq qüvvələri çərşənbə axşamı günü Tikritdə edam olunmuş diktator Səddamın "Prezident Sarayları" adlanan məntəqədə bir sıra tunelləri aşkarlayıblar. Belə ki, İŞİD ünsürləri ordunun hücumlarının kəskinləşməsi ardınca Tikritdən çıxmaq üçün bu tunellərdən istifadə edirmişlər. 
 
Bu rəsminin bildiridyinə görə, ordu və könüllü xalq qüvvələri tunellərə sığınan terrorçuları yaxalamaq üçün həmin tunellərdə axtarışları davam etdirirlər. 
 
Ötən həftə çərşənbə axşamı günü Tikritin azad olunması əməliyyatının 3-cü mərhələsində İraq qüvvələri Tikriti İŞİD terrorçularının işğalından azad etdilər.

Google+ WhatsApp ok.ru