Müsəlman ölkəsində məscidləri dağıdırlar - FOTO

Bəhreyn xalqı namazlarını Ali Xəlifə rejimi tərəfindən dağıdılan məscidlərin olduğu bölgədə qılır.
 
Maide.az xəbər verir ki, böyük bir kütlə Əl-Zənc bölgəsinin dağıdılmış Əl-Aləviyat məscidində toplaşaraq ölkənin tanınmış alimlərindən Şeyx Fazil Əl-Zakinin imamlığı ilə günorta namazlarını qılıblar.
 
Eyni zamanda Əl-Zəhra bölgəsi sakinləri də Əbu Talib məscidindən qalmış xarabanın olduğu yerdə toplaşaraq günorta namazlarını əda ediblər.
 
Şam namazlarında isə bu iki bölgə sakinləri bir-birlərinin məscidlərini ziyarət edib, bu vəziyyət Bəhreyn müqavimətinin ittifaqına əlavə bir sübut kimi görünür.
 
Xatırladaq ki, Bəhreyn rejimi ölkədə Əhli-beyt məktəbinə mənsub insanların çoxluq təşkil etdiyi ərazilərdəki məscidləri bir-bir dağıdır. Əhalinin 70%-nin şiə olduğu ölkədə tez-tez məscid sökülür.
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru