Rusiya: Qarabağda müharibə olmayacaq

Moskva Qarabağ münaqişəsinin “qaynar mərhələ”yə keçəcəyi barədə fikirləşmir. 
 
Bu barədə Rusiyanın XİN başçısı Sergey Lavrov erməni həmkarl Edvard Nalbandyanla danışıqların yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.  
 
“Biz hətta təsəvvür belə etmirik ki, Qarabağ münaqişəsi qaynar mərhələyə keçə bilər. Mən əminəm ki, ritorikaya baxmayaraq, maraqlı tərəflərin heç biri bunu istəmir. Bizim Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün addımlarımız... Rusiyanın addımlarını nəzərdə tuturam, tezliklə qarşılıqlı məqbul həllin tapılmasına yönəlib”, - Lavrov bəyan edib.  

Google+ WhatsApp ok.ru