Daha bir biabırçı imtahan nəticəsi: 14 MİN `2`

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 16-da orta ümumtəhsil məktəblərinin 9 və 11-ci sinif şagirdləri üçün keçirdiyi sonuncu buraxılış imtahanlarının statistik göstəricilərini açıqlayıb. TQDK-dan "Report"a verilən xəbərə görə, IX sinif üzrə Ana dili fənnindən 40.14 faiz (8215 nəfər) "2", 41.08 faiz (8409 nəfər) "3", Riyaziyyatdan 40.25 faiz (8239 nəfər) "2", 37.11 faiz (7596 nəfər) isə "3" qiyməti alıb.
 
XI sinif üzrə Ana dilindən 32.43 faiz (5595 nəfər) "2", 36.81 faiz (6352 nəfər) "3", Riyaziyyatdan 35.03 faiz (6044 nəfər) "2", 32.50 faiz (5608 nəfər) "3", xarici dildən 29.20 faiz (4964 nəfər) "2", 50.63 faiz (8606 nəfər) "3", Kimyadan isə 23.23 faiz (59 nəfər) "2", 60.24 faiz (153 nəfər) isə "3" qiyməti alıb.
 
Xatırladaq ki, IX sinif şagirdləri üçün keçirilən imtahanda iştirakı nəzərdə tutulan 21 191 şagirddən 717 nəfəri imtahana gəlməyib, 6 nəfər qaydaları pozduğu üçün nəticələri ləğv olunub. TQDK-nın internet saytında 20 468 şagirdin imtahan nəticələri yerləşdirilib. İştirakçılardan 14 nəfəri maksimum nəticə göstərərək 60 bal toplayıb.
 
XI sinif şagirdləri üçün keçirilən imtahanda iştirakı nəzərdə tutulan 18 124 şagirddən 868 nəfəri imtahana gəlməyib, 2 nəfər qaydaları pozduğu üçün nəticələri ləğv olunub. TQDK-nın internet saytında 17 254 şagirdin imtahan nəticələri yerləşdirilib. İştirakçılardan 18 nəfəri maksimum nəticə göstərərək 90 bal toplayıb.

Google+ WhatsApp ok.ru