Sunami oldu, hər şey məhv oldu, məscid isə....

İndoneziyada 10 il əvvəl baş verən sunami fəlakətində hər şey məhv oldu, məscidə isə heç bir şey olmadı. 
Maide.az-ın məlumatına görə, Hind okeanında baş vermiş 9 bal gücündəki zəlzələnin səbəb olduğu dəhşətli sunami fəlakətindən 10 il ötür. Həmin dövrdə xəbər saytlarının yayımladığı şəkillərdə sunami nəticəsində bu məsciddən başqa hər şeyin məhv olduğu görünürdü və insanları təsirləndirmişdi. 
Ötən gün bu 135 illik tarixi məsciddə fəlakətdə həlak olan 230 min insanın xatirəsi anılıb. Anım mərasimində  7 min müsəlman ruhani, fəlakətdə ölənlərin yaxınları və digər şəxslər iştirak edib.  Məsciddə  dualar oxunub. 
Xatırladaq ki, 2004-cü il dekabrın 26-da Hind okeanının dibində 9 bal gücündə zəlzələdən sonra dəhşətli sunami baş vermişdi. Hündürlüyü 30 metrə çatan dağıdıcı dalğalar 12-dən çox ölkəyə ziyan vermişdi. Fəlakətdə 230 min insan həlak olmuşdu. /
 

Google+ WhatsApp ok.ru