Danimarkada vəhşilik: müsəlmanların qəbirləri dağıdıldı

Danimarkanın Odense şəhərindəki bir qəbristanlığının müsəlmanlara aid olan hissəsinə qəbirlər dağıdılıb.
Maide.az xəbər verir ki, Korslökke məzarlığında baş vermiş hadisə zamanı müsəlmanlara aid 50 qəbir uçurulub.
Yaxınlarının qəbirlərinin dağıdıldığını eşidən müsəlmanlar məzarlığa üz tutublar.
Mirna Uqlyen da bosniyalı müsəlman “DR kanalı”na verdiyi açıqlamada atasının da qəbrinin dağıdıldığını bildirib:
“Atam 17 ildir burada uyuyur. Bu gün onu ziyarətə gəldiyimizdə şok yaşadıq. Onlar ölü və heç kimsəyə zərərləri yoxdur. Ölüləri hüzur içində yatması lazımdır. Onları rahat buraxın”, - deyə müsəlman qadın üzüntüsünü belə dilə gətirib.
Danimarkanın ədliyyə naziri Sören Pind də “Twitter”də paylaşdığı mesajda belə hərəkətləri edənlərə əməllərindən əl çəkməyə səsləyib:
“Danimarka olaraq belə bir yolda getmək istəmirik”.
Xatırladaq ki, Danimarkada müsəlmanlara qarşı tez-tez belə hərəkətlər edilir. İyun ayında paytaxt Kopenhagendə bir müsəlman məzarlığı da hücum məruz qalmış və yenə də 50 qəbir dağıdılmışdı.//

Google+ WhatsApp ok.ru