Danışmaq qabiliyyətini itirmişlərə yeni ümid işığı

ABŞ-ın “Intel” şirkəti məşhur britaniyalı fizik-nəzəriyyəçisi Stiven Xokinqə danışmağa imkan verən öz unikal proqramına (danışıq sintezatoru) girişi hamı üçün açıq elan edib. Bu haqda “NBC” telekanalı məlumat verib.
 
21 yaşında Xokinqdə yan amiotrofik skleroz xəstəliyi qeydə alınıb və nəticədə alim iflic olub. O, 1985-ci ildə danışmaq qabiliyyətini itirib. O vaxtdan etibarən Stiven Xokinq müxtəlif danışıq sintezatorları növlərinin köməyi ilə ünsiyyət saxlayır. Sonuncu belə danışıq sintezatoru iki il əvvəl “Intel” şirkəti tərəfindən hazırlanıb.
 
İndi şirkət öz proqramının əsas koduna giriş açıb ki, bu da internet üzərindən onu yükləməyə imkan verir.

Google+ WhatsApp ok.ru