İŞİD cəlladlarının əksəriyyəti qərblilərdir

İŞİD-in yayımladığı videoda çoxu şiə olan Suriya əsgərlərinin başını kəsən 16 terrorçu arasında 2 Britaniya, 2 Fransa, 1 Almaniya, Danimarka və Avstraliya vatandşı olduğu aşkar edilib.
 
Maide.az xəbər verir ki, aralarında çoxlu sayda Qərb vətəndaşının olmasını Fransa daxili işlər naziri Bernard Cazeneuve də təsdiqləyib. O, 2 Fransa vətəndaşından birinin - Maksim Hauchardın Abu Abdullah əl-Faransi adından istifadə etdiyini söyləyib. 22 yaşlı norman terrorçu Mavritaniyada Quran təhsili alıb, 2013-cü ilin yayında Suriyaya gedərək, İŞİD-ə qoşulub. 
 
Britaniyanın Uels bölgəsinin paytaxtı Cardiffdə yaşayan Əhməd Muthana videoda Kassigin kəsik başını tutan terrorçu Conun yanındakı şəxsin 20 yaşlı tibb tələbəsi olan oğlu Nasser Muthanaya oxşatdığını deyib.

Google+ WhatsApp ok.ru