Koreya Respublikasında avtomobillərin yan güzgülərinin kameralarla əvəzlənməsi təklif edilib

Koreya Respublikasında avtomobillərin yan güzgülərinin kameralarla əvəzlənməsi təklif edilib

Güzgülərin ixtisarı benzin istifadəsini azaldacaq
 
Koreya Respublikası gələn ildən avtomobillərin yan güzgülərinin kameralarla əvəzlənməsi işini həll etmək üçün yol təhlükəsizlik qaydalarını yenidən nəzərdən keçirəcək.
 
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın Torpaq, İnfrastruktur və Nəqliyyat Nazirliyinin bəyanatında deyilir.
 
Güman edilir ki, avtomobilin korpusunda yan güzgülərin ixtisarı yanacaq sərfinin 10% azalmasına imkan verəcək. Belə ki, yan güzgülər olmadan küləyin müqavimətinin azalacağı iddia edilir.
 
Nazirlik, həmçinin yan güzgülərin kamera və monitorlar sistemi (CMS) ilə əvəz edilməsinin yol qəzalarının sayının azalmasına da yardım edəcəyinə ümidvardır. /

Google+ WhatsApp ok.ru