İŞİD iraqlı fizika alimini edam edib

Neynəva vilayətinin yerli rəsmisi Mosul Universitetinin Fizika kafedrasının dekanının İŞİD terror qruplaşması tərəfindən edam edildiyini bildirib.
Maide.az xəbər verir ki, İraqın Neynəva vilayətində bir məlumatlı mənbə bu barədə deyib: İŞİD qruplaşması bu iraqlı fiziki onlara “bioloji silah” hazırlamqdan imtina etdiyi üçün 11 noyabr çərşənbə günü öldürüb.
Bioloji silah əldə etməklə, onu İraq ordusu və xalq qüvvələrinə qarşı istifadə etmək məqsədi güdən İŞİD terrorçuları Mosul Universitetinin Fizika kafedrasının dekanının onların istəklərinə boyun əymədiyini görüb, onu Mosul şəhərinin mərkəzi meydanlarından birində başından güllə ilə vuraraq qətlə yetiriblər.
Adının çəkilməsini istəməyən həmin mənbə, alimin cəsədinin İŞİD tərəfindən məhkəmə-tibb ekspertizasına təhvil verildiyini açıqlayıb./

Google+ WhatsApp ok.ru