Rusiya Dumasının Qurani- Kərimin müqəddəsliyinin qorunmasını nəzərdə tutan qanun layihəsini təsdiq edib

Rusiya Dumasının deputatları 11 noyabr, dünən ölkə prezidenti Vladimir Putinin təqdimatı ilə Qurani- Kərimin, İncilin, Tövratın və buddistlərin dini kitabının müqəddəsliyinin qorunmasını nəzərdə tutan qanun layihəsini təsdiq edib.
Maide.az xəbər verir ki, bununla da, həmin qanun layihəsi bir sıra dinsizlərin iddia etdiklərinə görə sözügedən kitabların radikal olmasını rədd edir.
Qanun layihəsinə görə, Qurani- Kərimin, İncilin, Tövratın və buddistlərin müqəddəs kitabının məzmunu radikal mövzuları ehtiva edən kitablar kimi rəqdim edilməməlidir.
Qeyd edək ki, daha əvvəl Rusiyanın Yujnı Saxalinsk şəhər Məhkəməsinin hakimi “Allahın dərgahına dua və İslamda bunun əhəmiyyəti” adlı kitabın Quran surələrinə və ayələrinə istinad etdiyi üçün radkil olması haqda hökm çıxarmışdı. /
 

Google+ WhatsApp ok.ru