Parisdə güclü yanğın: ikisi uşaq olmaqla 8 nəfər öldü

Fransanın paytaxtı Parisdə son 10 ilin ən güclü yanğını baş verib.
Maide.az xəbər verir ki, hadisə Parisin 18-ci bölgəsində baş verib.
Yerli vaxtla gecə 02:23-də bir binada yanğın başlayıb. Kağız qalıqlarından başlayan yanğın qısa zamanda söndürülüb. Lakin, bu hadisədən 2 saat sonra – 04:30 radələrində isə daha güclü yanğın başlayıb.
Binanın girişində başlayan yanğın daha sonra yuxarı mərtəbələrə keçib. İnsanların yuxuda olduğu bir zamanda başlayan yanğın faciəyə səbəb olub. Hadisə zamanı 6 nəfər yanaraq ölüb. 2 nəfər isə təlaşla binadan tullanıb və yerindəcə ölüblər. Daha 4 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıblar.
Daxili İşlər Nazirliyininin sözçüsü Henri Brandet yanğının bilərəkdən törədildiyi ehtimalı ətrafında araşdırmalar aparıldığını bildirib.
Xatırladaq ki, Parisdə daha öncə 2005-ci ildə bir oteldə güclü yanğın baş vermiş və 11-i uşaq olmaqla 24 nəfər ölmüşdü.//

Google+ WhatsApp ok.ru