Diyarbəkirdə etiraz aksiyası

Türkiyənin Diyarbəkir şəhərində artıq iki gündür ki,  aksiya iştirakçıları ilə polis arasında toqquşmalar baş verir.
 
 
Maide.az Beynəlxalq KİV-lərə istinadən xəbər verir ki,Türkiyə polisi Diyarbəkirdə PKK qruplaşmasının tərəfdarlarının təşkil etdiyi aksiyaya müdaxilə edərək, onları dağılışmağa məcbur etmək üçün gözyaşardıcı qazlardan istifadə edib.
Həmçinin Diyarbəkirdə etiraz aksiyasının başlanmasının ardınca bir çox dövlət binası və özəl ticarət obyektləri bağlanıb.
 
Daxil olan məlumatlara görə, Cizrə şəhərində də polisin PKK qruplaşması üzvlərinin sığındığı binaya hücumu zamanı 60 nəfər həlak olub. Türkiyə polisi ölənlərin hamısının PKK qruplaşmasının silahlı ünsürləri olduğunu və sivil əhalinin xəsarət almadığını bildirib.
 
Bu arada BMT-nin didərginlərlə iş üzrə baş komissarlığı Diyarbəkir hadisələri ilə bağlı Türkiyə hökumətini qınayıb.
 
Ötən aylar ərzində Türkiyədə təlükəsizlik qüvvələri PKK silahlılarına və bu qruplşmanın himayədarlarına qarşı geniş əməliyyatlara başlayıb. /
 

Google+ WhatsApp ok.ru