İŞİD Kərkük Kəşfiyyat İdarəsinə intihar hücumu həyata keçirib

İŞİD Kərkük Kəşfiyyat İdarəsinə intihar hücumu həyata keçirib

İraqın Kərkük şəhərində Kəşfiyyat Xidməti binasının qarşısında partlayış həyata keçirən İŞİD terror təşkilatının üzvü olan intiharçı 4 təhlükəsizlik işçisini yaralayıb.
 
Maide.Az  xəbər verir ki, Kərkük Təhlükəsizlik Müdiri Əli Kamal "Anadolu" agentliyinə verdiyi açıqlamada, Kərkük Kəşfiyyat Xidmətinin həyətinə girən intiharçının üzərindəki partlayıcını işə saldığını söyləyib.
 
Kamal hücumdan dərhal sonra binanın mühafizəsinin gücləndirildiyini və ikinci mümkün hücuma qarşı tədbirlər görüldüyünü bildirib.
 
2014-cü ilin iyun ayında İŞİD bütün Mosul, Səlahəddin və Ənbar vilayətlərini və Diyala və Kərkük əyalətlərinin bir hissəsini ələ keçirmişdi. Sonradan yaradılan "Həşdi-Şabi" briqadası sözügedən ərazilərin hamısını terrorçulardan təmizlədi. İraqın keçmiş baş naziri Heydər əl-İbadi 9 dekabr 2017-ci ildə terror təşkilatına qarşı qələbə qazanıldığını açıqladı.

Google+ WhatsApp ok.ru