Düşmən mövqelərinə 109 atəş zərbəsi endirilib 07 Noyabr 2015 02:00 Qarabağ xəbərləri Maide.az-ın məlumatına görə, Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 103 dəfə pozub. Ermənistan Respublikası İcevan rayonunun Berkaber, Noyemberyan rayonunun Dovex kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı, Kəmərli kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub. Goranboy rayonunun Talış, Gülüstan, Tərtər rayonunun Yarımca, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Cəvahirli, Kəngərli, Sarıcalı, Novruzlu, Şuraabad, Qaraqaşlı, Mərzili, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 109 dəfə atəş zərbəsi endirib. Teqlər : #Düşmən mövqelərinə 109 atəş zərbəsi endirilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ermənlilər bütün cəbhə boyu atəşkəs rejiminin pozublar Düşmən mövqelərinə 95 dəfə atəş zərbəsi endirilib
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni