Düşmən atəşkəs rejimini 38 dəfə pozub 26 Dekabr 2016 02:00 Qarabağ xəbərləri Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 38 dəfə pozub. Maide.Az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Ermənistan Respublikası İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. İşğal altında olan Tərtər rayonunun Göyarx, Çiləbürt, Ağdam rayonunun Şuraabad, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. / Teqlər : #Düşmən atəşkəs rejimini 38 dəfə pozub , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Düşmən atəşkəs rejimini 43 dəfə pozub Qarabağda itkin düşən azərbaycanlıların yeni sayı AÇIQLANDI
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni