Düşmən atəşkəs rejimini 125 dəfə pozub 04 Mart 2017 02:00 Qarabağ xəbərləri Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, snayper tüfənglərindən və 82 millimetrlik minaatanlardan da (cəmi 33 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 125 dəfə pozub. Bu barədə Maide.Az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Barekamavan, Dovex, Voskevan kəndlərində və adsız yüksəkliklərdə, İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Quşçu Ayrım, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə, Çinari kəndində yerləşən mövqelərdən Gədəbəy və Tovuz rayonları ərazisindəki adsız yüksəkliklərdə və Ağbulaq kəndində yerləşən mövqelərimiz atəşə tutulub. İşğal altında olan Ağdam rayonunun Mərzili və Füzuli rayonunun Qorqan kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. / Teqlər : #Düşmən atəşkəs rejimini 125 dəfə pozub , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ermənilərin təxribat qrupu məhv edildi Düşmən atəşkəs rejimini 116 dəfə pozub
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni