Düşmən atəşkəs rejimini 110 dəfə pozub 02 May 2017 01:00 Qarabağ xəbərləri Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan (3 mərmi) da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 110 dəfə pozub. Maide.info xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Ermənistan Respublikası İcevan rayonunun Paravakar, Vazaşen kəndlərində, Noyemberyan rayonunun Şavarşavan kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Bala Cəfərli, Quşçu Ayrım kəndlərində, Berd rayonunun Mosesqex, Çinari kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Qaraqaşlı, Mərzili, Cəvahirli, Baş Qərvənd, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Qaraxanbəyli, Horadiz, Aşağı Veysəlli, Aşağı Seyidəhmədli və Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. / Teqlər : #Düşmən atəşkəs rejimini 110 dəfə pozub , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İran XİN-in sözçüsü: “Qarabağ münaqişəsi bir ölkə tərəfindən həll edilə bilməz” Düşmən atəşkəs rejimini 119 dəfə pozub
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni