Düşmən atəşkəs rejimini 117 dəfə pozub 06 May 2017 01:00 Qarabağ xəbərləri Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan (17 mərmi) da istifadə etməklə, sutka ərzində atəşkəs rejimini 117 dəfə pozub. Maide.İnfo xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Ermənistan ordusu Noyemberyan rayonunun Barekamavan kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Kəmərli, Fərəhli, Qaymaqlı, Quşçu Ayrım kəndlərində, Berd rayonunun Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərindən Tovuz rayonunun Ağdam, Ağbulaq, Koxanəbi, Muncuqlu kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən isə Azərbaycan ordusunun Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərini atəşə tutub. İşğalçılar Tərtər rayonunun işğal altında olan Çiləbürt, Yarımca, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Qaraxanbəyli, Horadiz, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə məruz qoyub. / Teqlər : #Düşmən atəşkəs rejimini 117 dəfə pozub , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Şuşa işğalının nəticələri - İNFOQRAFİKA Şuşasız 26 il...
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni