Düşmən yenidən Gəncəni atəşə tutub

Düşmən yenidən Gəncəni atəşə tutub

Ermənistan yenidən Gəncəyə raket zərbələri endirib.
 
Baş Prokurorluqdan verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələri tərfindən 08.10.2020-ci il tarixdə saat 04 radələrində Gəncə şəhərinə raket zərbələri endirilməsi nəticəsində bir neçə mülki obyektə, 1 avtomobilə və bir neçə yaşayış binasına maddi ziyan dəyib.
 
Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisənin təfərrüatlarının müəyyən edilməsi istiqamətində zəruri istintaq tədbirləri həyata keçirilir.
 
Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
 

Google+ WhatsApp ok.ru