Dünən meyiti götürülən hərbi qulluqçulardan ikisinin adı açıqlanıb

Onlar aprelin 2-də gedən döyüşlərdə həlak olub

Aprelin 8-də ATƏT nümayəndələri və Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə döyüş meydanında qalmış Azərbaycan və Ermənistan hərbi qulluqçularının meyitləri götürülüb.
Maide.az-ın xəbərinə görə, Mingəçevirdən olan deputat Aydın Mirzəzadə onlardan ikisinin adını açıqlayıb.
Onlar gizir Teymur Qasımov və müddətdən artıq qulluq edən hərbi qulluqçu Adil Adilzadədir.
Hər iki hərbi qulluqçular aprelin 2-də gedən döyüşlərdə həlak olub. "Ermənistan-Azərbaycan cəhhə xəttində Teymur Qasımovun cəsədi Azərbaycan tərəfə təhvil verilib, Adil Adilzadənin məsələsi isə hazırda həll edilir", - deputat bildirib.
T.Qasımov bu gün Mingəçevirdəki Şəhidlər Xiyabanında dəfn ediləcək.

Google+ WhatsApp ok.ru