Dünyada hüququn aliliyi zəifləyir

Dünyada hüququn aliliyi zəifləyir


Artıq ikinci ildir dünyanın daha çox ölkəsində hüququn aliliyinin gerilədiyi üzə çıxıb. Ümumdünya Ədalət Layihəsi “Hüququn Aliliyi İndeksi 2019” adlı hesabatını yayıb.

Bu, dünyada avtoritarizmin artmasının əlamətidir. Bir çox ölkələrdə hökumətin səlahiyyətinə nəzarətin zəiflədiyi bildirilir. Bu, idarə edənlərin hökumət və qeyri-hökumət nəzarətindən, yəni müstəqil məhkəmə, azad mətbuatın nəzarətindən getdikcə daha çox yayınması deməkdir.

Son 4 ildə Polşa, Bosniya və Herseqovina, Serbiyada hüququn aliliyi sahəsində daha çox geriləmə müşahidə olunub.

İndeks üzrə ən yaxşı göstəricilər Danimarka (1), Norveç (2) və Finlandiyaya məxsusdur. Sonuncu üç yeri Konqo Demokratik Respublikası (124), Kamboca (125), Venesuela (126) tutur. /azadliq.org/

Google+ WhatsApp ok.ru